Press Release

IFC Azərbaycanda mikro, kiçik və orta sahibkarları, aşağı gəlirli ev təsərrüfatlarını və iqlim maliyyələşdirilməsini dəstəkləyir

noyabr 14, 2024
Photo by IFC
  • Mikro, kiçik və orta sahibkarlara və aşağı gəlirli ev təsərrüfatlarına kreditlərin verilməsi və iqlimin maliyyələşdirilməsi layihələrinin genişləndirilməsi üçün 20 milyon dollar məbləğində kredit ayırır.
  • Ayrılan vəsaitin yarısı dayanıqlı inkişafı dəstəkləmək üçün iqlim təşəbbüslərinə yönələcək.

Bakı, Azərbaycan, 14 noyabr 2024-cü il — IFC, mikro, kiçik və orta sahibkarlığın (MKOS), aşağı gəlirli ev təsərrüfatlarının maliyyəyə çıxışını artırmaq və ölkədə iqlimin maliyyələşdirilməsi təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycanın aparıcı maliyyə institutu olan Bank Respublikaya 20 milyon ABŞ dolları məbləğində yerli valyutada maliyyə vəsaiti ayırır.

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürmüşdür; hal-hazırda isə bu məqsədə 2035-ci ilə çatmağı hədəf kimi təyin edib. Dünya Bankı Qrupunun Ölkə İqlimi və İnkişaf Hesabatına əsasən karbonsızlaşdırma və dayanıqlılığa nail olmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar və ya ildə təxminən 1,35 milyard dollar həcmində təxmin edilən əhəmiyyətli investisiyalar tələb olunacaq.

Maliyyə sektorunun artım üçün əhəmiyyətli potensial təqdim etməsi ilə bərabər sözügedən maliyyə ehtiyacları ilə daha sıx uyğunlaşmasına ciddi ehtiyac var. IFC, dayanıqlı inkişafın idarə edilməsində sektorun rolunu gücləndirmək üçün bu növ kreditləşdirmənin effektivliyini nümayiş etdirməyə çalışır. Sözügedən səyləri dəstəkləmək məqsədilə IFC-nin Bank Respublika-ya təqdim etdiyi yeni kreditin yarısı MKOS və aşağı gəlirli ev təsərrüfatlarının iqlimlə bağlı layihələrinə yönələcək.

İnvestisiya Dünya Bankı Qrupunun Azərbaycanla bağlı strategiyasına uyğundur və xüsusilə iqlimlə bağlı layihələr üçün maliyyəyə çıxışın yaxşılaşdırılmasına üstünlük verir. Ölkə hazırda COP29-a ev sahibliyi edir və iqlimin maliyyələşdirilməsini inkişaf etdirmək və dayanıqlığa əsaslanan islahatları təşviq etmək öhdəliyini nümayiş etdirir. Dayanıqlı investisiyaları istiqamətləndirmək və maliyyə fəaliyyətlərinin ekoloji məqsədlərə uyğunlaşdırılmaq üçün aydın çərçivə təmin etmək məqsədilə Dünya Bankı Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı bu yaxınlarda ölkədə ilk Yaşıl Taksonomiyanı işləyib hazırlamışdır.

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə üzrə məsləhətlər, kiçik və orta sahibkarlıq və aqrobiznes də daxil olmaqla maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəyə  təxminən 900 milyon ABŞ dolları sərmayə qoymuşdur.

IFC haqqında

Dünya Bankı Qrupunun üzvü olan IFC inkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək göstərən ən böyük qlobal inkişaf təşkilatdır. Biz, inkişaf etməkdə olan ölkələrdə bazarlar və imkanlar yaratmaq üçün kapitalımızdan, təcrübəmizdən və təsirimizdən istifadə edərək 100-dən çox ölkədə fəaliyyət göstəririk. 2024-cü maliyyə ilində IFC, yaşana bilən planetdə yoxsulluqdan azad dünya yaratmaq üçün özəl sektor həllərindən istifadə edərək və özəl kapitalı səfərbər edərək, inkişaf etməkdə olan ölkələrdə özəl şirkətlərə və maliyyə institutlarına rekord məbləğdə 56 milyard dollar ayırıb. Əlavə məlumat üçün www.ifc.org saytına daxil olun.

Bizimlə Sosial mediada IFC ilə əlaqə saxlayın.

Bank Respublika haqqında ətraflı məlumat üçün www.bankrespublika.az saytına daxil olun

Contacts

Tamar Barbakadze
+995 32 223 43 00/01/02