Press Release

IFC, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək üçün mədən yanacaqlardan bərpa olunan enerjiyə keçidini dəstəkləyəcək

aprel 14, 2021

Bakı, Azərbaycan, 14 aprel 2021 - Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidi çərçivəsində dəniz külək enerjisi sektorunu inkişaf etdirmək məqsədilə bu gün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Məqsəd, elektrik enerjisi istehsalı üçün mədən yanacaqlarından asılılığın azaldılması və özəl sektorun enerji sektorundakı iştirakının asanlaşdırılması istiqamətində ölkəyə dəstək verməkdir.Azerba.jpegDünya Bankının Enerji Sektorun İdarə Edilməsinə Yardım Proqramı (ESMAP) tərəfindən aparılan təhlil Azərbaycanın dəniz külək enerjisinin texniki potensialını 157 qiqavata bərabər qiymətləndirir. Bu, ölkənin hazırda 8 qiqavata bərabər ümumi quraşdırılmış gücləri ilə müqayisədə əhəmiyyətli potensialın olduğunu təmsil edir. Bu potensialı ortaya çıxarmaq, habelə neft və qazdan bərpa olunan enerjiyə keçid, ölkənin istixana qazı tullantılarını və dəyişkən yanacaq qiymətlərinə qarşı həssaslığını azaltmağa əlavə imkan açacaq.

Energetika Naziri Pərviz Şahbazov deyib: "Bərpa olunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpa olunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir".

O əlavə edib: "Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir. IFC ilə birgə əməkdaşlıq səyləri Azərbaycanda dənizdəki külək enerjisinin istehsalının inkişafına, habelə bərpa olunan enerjidən istifadə sahəsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək."

Anlaşma Memorandumunda təsbit olunan niyyətə əsasən IFC, ölkənin dəniz külək enerjisi sektorunun inkişafı üçün hərtərəfli yol xəritəsi tərtib etmək məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq edəcək. Növbəti mərhələ çərçivəsində IFC ilə Nazirliyin əməkdaşlığı Nazirlik tərəfindən yol xəritəsinin həyata keçirilməsi və bu sahəyə dayanıqlı dövlət-özəl sektor tərəfdaşlığını cəlb etdirilməsi üçün göstərilən səylər üzərində qurulacaq. IFC-nin bu fəaliyyət istiqaməti inkişaf etməkdə olan ölkələrdə dəniz külək enerjisinin potensialını genişləndirmək üçün Dünya Bankının ESMAP proqramı ilə birlikdə həyata keçirilən təşəbbüsün bir hissəsidir.

Memorandumun imzalanması ilə əlaqədar IFC-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Viebke Şloemer qeyd etmişdir: "IFC-nin Azərbaycandakı strateji prioritetlərindən biri yeni özəl sektorun aparıcı qüvvə kimi irəli apardığı artım modelinə keçməsini dəstəkləməkdir. Neft və qaz ehtiyatları ilə zəngin olan ölkəyə dəniz külək enerjisinin potensialını araşdırmaq və inkişaf etdirmək istiqamətində dəstəyimiz özəl sektorun iştirakını artıra və eyni zamanda yeni enerji mənbələrinə keçidi dayanıqlı şəkildə dəstəkləyə bilər. Bu, Azərbaycanın infrastrukturunu gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün sürətverici rol oynayacaq."

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC, layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından 73 milyon ABŞ dolları cəlb etməklə bərabər, ölkə iqtisadiyyatına 500 milyon ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu yatırımlar maliyyə xidmətləri, infrastruktur və sənaye sahələrində icra edilmiş 56 layihənin maliyyələşdirilməsini təmin etmişdir. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon ABŞ dolları civarında ticarət dövriyyəsini dəstəkləmiş və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası üçün 250 milyon ABŞ dolları ayırmışdır. IFC həmçinin özəl sektorun inkişafını təşviq etmək məqsədilə bir sıra məsləhət xidmətləri layihələri də icra etmişdir.

IFC haqqında

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) – Dünya Bankı Qrupunun üzvü – inkişafda olan iqtisadiyyatlarda özəl sektora istiqamətlənmiş ən iri inkişaf təşkilatıdır. Biz, kapital, təcrübə və təsirimizdən istifadə etməklə inkişaf etməkdə olan iqtisadiyyatlarda bazarlar və imkanlar yaratmaq üçün 100-dən çox ölkədə fəaliyyət göstəririk. Özəl sektorun imkanlarından istifadə edərək, ifrat yoxsulluğu aradan qaldırmaq və müştərək rifahı artırmaq məqsədilə kömək etmək üçün biz, 2020 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdə özəl şirkət və maliyyə təşkilatlarına 22 milyard ABŞ dollarından çox investisiya həyata keçirmişik. Daha ətraflı məlumat üçün internet saytımıza daxil olmağınızı xahiş edirik: www.ifc.org.

Bizimlə əlaqədə qalın

www.facebook.com/IFCwbg

www.twitter.com/IFC_org

www.youtube.com/IFCvideocasts

www.ifc.org/SocialMediaIndex

www.instagram.com\ifc_org


Contacts

Tamar Barbakadze
Tbilisidə
+995 32 223 43 00/01/02