Story

İqtisadiyyatın gələcəkdə dayanıqlılıq bacarıqlarını artırmaq məqsədilə Azərbaycan rəqəmsal ödənişlərin tətbiqini genişləndirir

sentyabr 9, 2021

Yeni texnologiyalar və sektordakı yeni iştirakçılar maliyyə xidmətləri sənayesini kökündən dəyişir, ənənəvi iş modellərini daha spesifik ehtiyaclara malik cəmiyyətlərin xeyrinə uyğunlaşmağa və yönəlməyə sövq edir. Maliyyə institutları ənənəvi bankçılıq vasitəsilə əhatə olunması bahalı olan bazar seqmentlərinə xidmət etmək üçün yeni texnologiyalar tətbiq edir. Pandemiya nəticəsində nağd ödənişlərdən nağdsız ödənişlərə keçidi sürətləndirən təmassız ödənişlər alətlərinə olan tələbat kəskin şəkildə artmışdır.

Əksər inkişaf etməkdə olan bazarlarda olduğu kimi, Azərbaycanda da rəqəmsal maliyyə xidmətləri maliyyə imkanlarına çıxışı artırmaqla, xidmət göstərilməyən və yaxud xidmətlə kifayət qədər təmin olunmayan əhaliyə çatmaqla və daha geniş əhalinin rəsmi maliyyə sistemində iştirak etməsini təmin etməklə maliyyə inklüzivliyini təşviq edə bilər. Ödənişlər adətən əmanət, kredit və sığorta kimi digər maliyyə xidmətlərinə çıxış əldə etmək üçün mühüm giriş nöqtəsi olması səbəbindən, ödəniş xidmətlərinə çıxışın yaxşılaşdırılması ölkədə ümumi maliyyə resurslarına çıxış əldə etmək üçün xüsusi rol oynayır.

Bakının B. Məcidov küçəsindəki dükanda satıcı kimi çalışan Dədəbala Nuriyev deyir: “Pandemiya dövründə fasiləsiz işləməyə müvəffəq olduq. Təmassız ödəniş sistemimiz daim mövcud olsa belə, insanlar ondan nadir hallara istifadə edirdilər. Keçən il ərzində isə xüsusilə ödənişsiz kart ödənişlərinə marağın artdığının şahidi oldum. Müştərilər kartla ödəməyin daha asan olduğunu anladıqları üçün ondan artıq daha tez-tez istifadə edirlər."

Virusun yayılmasının qarşısını almaqla yanaşı, təmassız ödənişlər Dədəbala Nuriyevə gəlirlərinin daha yaxşı idarə olunmasına və mal ehtiyatlarının daha səmərəli alınmasına kömək etməkdədir.

Qanunvericilik və tənzimləmələrə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin və maliyyə inklüzivliyinin daha bir geniş təkan alacağı gözlənilir.

Ölkəyə dəstək göstərmək səylərinin tərkib hissəsi olaraq, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə IFC-nin həyata keçirdiyi Elektron və Rəqəmsal Maliyyə Xidmətləri layihəsi fiziki şəxslər və kiçik müəssisələr üçün rəqəmsal maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılmasına kömək edir, onların bizneslərinin böyüməsinə və yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. Qanunvericilik və tənzimləyici çərçivənin inkişafına dəstək olmaq və ölkədə rəqəmsal maliyyə xidmətlərindən istifadəni təşviq etmək üçün IFC, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edir.

Başlanğıc nöqtəsi olaraq, mühüm addımlardan biri qlobal pandemiya dövrünə qədər asta sürətli trend olan müasir rəqəmsal ödəniş kanalları haqqında əhali və iş adamları arasında məlumatlılığı artırmaqla virusun təsirinin qarşısını almaq və Azərbaycanda rəqəmsallaşmanı gücləndirməkdir.

Sözügedən məsələlərin əhəmiyyətini nəzərə alaraq, IFC-nin həyata keçirdiyi layihə German Sparkassenstiftung for International Cooperation with funding from the German Federal Ministry for Economic Cooperation and Development / Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung (BMZ)-nun (Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi) maliyyə dəstəyi ilə Mərkəzi Bank və Azərbaycan Bank Assosiasiyası ilə birlikdə bir sıra videolar hazırlamışdır.Videolarda e-ticarət platformaları, mobil telefonları və korporativ kartlar vasitəsilə ödəmələr, habelə rəqəmsal alətlər istifadə etdikdə fırıldaqçılığın qarşısını necə alınması baradə mövzular da daxil olmaqla rəqəmsal maliyyə xidmətlərinin üstünlüklərinə xüsusi diqqət ayrılır. Bir neçə yerli televiziya kanalında gündəlik yayımlanan videolar strateji olaraq bir çox bankların sosial media səhifələrində də paylaşılır.

Kampaniya e-bank xidmətlərinə ehtiyacı kəskin artıran pandemiya ilə tam üst-üstə düşmüşdür. Mərkəzi Bankın statistikasına əsasən, pandemiyanın başladığı müddətdən etibarən emissiya olunan ödəniş kartlarının və əməliyyatların sayı əhəmiyyətli dərəcədə artmışdır.

"IFC-nin Azərbaycandakı prioritetlərinə uyğun olaraq, ölkədə sırf bu sektorda fəaliyyət göstərən tərəfdaşları dəstəkləmək və bank xidməti ilə əhatə olunmayan və yaxud xidmətlə tam təmin olunmayan əhalinin ödənişlərlə əlaqədar ehtiyaclarını təmin etmək üçün sektor operatorlarına məhsullar hazırlamaqda və təklif etməkdə kömək etmək çox vacibdir. Bu layihə ən aşağı əməliyyat xərcləri ilə ölkənin ucqar bölgələrində rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsini dəstəkləmişdir” - IFC-nin Azərbaycan üzrə Layihə Qrupunun rəhbəri Teymur Heybətov qeyd etmişdir.

Növbəti mərhələlərə nəzər yetirdikdə, Azərbaycanda tənzimləyici mühitin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün ölkənin ödəniş sisteminin müasirləşdirilməsində hökumətin səylərinin dəstəklənməsi əsas faktor olacaqdır. Buna dövlət-özəl dialoqu qurmaqla, sənaye səviyyəsində konsensus əsaslı ortaq ödəniş platformasını dəstəkləməklə və maraqlı tərəflərin məlumatlılığını artırmaqla nail olmaq olar; paralel olaraq, mobil pul məhsullarını inkişaf etdirə və genişləndirə biləcək potensial tərəfdaşları müəyyən etmək də vacib vəzifədir.

Nuriyevin işlədiyi mağaza kimi biznes subyektləri üçün bu yeniliklər təhlükəsiz və məhsuldar fəaliyyət deməkdir. Bundan əlavə, rəqəmsal maliyyə xidmətləri kölgə iqtisadiyyatının həcmini azaltmağa və kiçik sahibkarlar üçün maliyyə xidmətlərinə daha yaxşı çıxışa imkan verəcəkdir.

Videolar

  • Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?

     

  • Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?

     

  • Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?

     

  • Kiçik və orta sahibkarlıq subyektləri elektron ticarət xidmətinə necə qoşula bilər?

     

  • Ödəniş terminallarından istifadə zamanı infeksiyaya yoluxmamaq üçün nə etməliyik?

     

  • Kart məlumatlarımızı fırıldaqçılardan necə qoruya bilərik?

     

  • Mobil telefonlarla POS terminallarda nağdsız ödənişləri necə həyata keçirmək olar?

     

  • Korporativ kartlar nədir və istifadə üstünlükləri hansılardır?

     

2021-ci ilin sentyabrında dərc olunmuşdur