Tbilisi, Gürcüstan, 28 iyun 2021 - IFC, Ivana Fernandes Duarteni Cənubi Qafqaz üçün yeni Regional Menecer vəzifəsinə təyin etmişdir. İFC-nin Tbilisi ofisindən o, Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları əhatə edəcək.
İvana Fernandes Duarte, IFC-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda Regional menecer vəzifəsini icra edən İFC-nın Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerin əvəzləmişdir.
Slovakiyalı Fernandes Duarte IFC-ə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. Avropa Yenidənqurma və İnkişaf Bankında və Citigroup-da müxtəlif vəzifələrdə çalışmışdır. Bu vəzifələri tutarkən o, özəl infrastrukturun inkişafı və maliyyələşdirilməsinə, eləcə də müxtəlif sektorlar üzrə ölkə idarəçiliyinə diqqət yetirmişdir. İnkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətdən əvvəl, xanım Duarte, layihələrin maliyyələşdirilməsi və inkişaf etməkdə olan bazarlarda investisiya bankçılığı sahəsində işləmişdir.
IFC-nin Avropa və Mərkəzi Asiya Direktoru Viebke Şlomer qeyd etmişdir: "IFC-nin Cənubi Qafqazdakı yeni Regional Menecerinin rolu, ölkələrin COVID-19 pandemiyasının yaratdığı misli görünməmiş problemlərin öhdəsindən gəldiyi dönəmdə xüsusilə əhəmiyyətlidir. Xüsusən də bölgədəki zəngin təcrübəsindən yararlanaraq özəl sektorun gücündən istifadə etmək üçün ölkələrin hər birində keçmiş nailiyyətlərimizi daha da inkişaf etdirməyə çalışacayıq."
Fernandes Duarte karyerasına Slovakiya Baş Naziri aparatında başlamışdır. İspaniyanın Barselona şəhərindəki IESE Business Məktəbdə MBA və Slovakiya İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsini alıb.
IFC-nin Cənubi Qafqaz üzrə yeni Regional Meneceri Fernandes Duarte qeyd etmişdir: "Pandemiya artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə IFC-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaqdır. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələrini davam etməyə planlaşdırırıq
IFC haqqında
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişafda olan iqtisadiyyatlarda fəaliyyətini özəl sektora fokuslayan ən iri inkişaf təşkilatıdır. İnkişaf etməkdə olan ölkələrdə bazar və imkanlar yaratmaq üçün kapitalımızı, təcrübəmizi və təsirimizdən istifadə edərək 100-dən çox ölkədə fəaliyyət göstəririk. 2020 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdəki özəl şirkətlərə və maliyyə qurumlarına 22 milyard dollar sərmayə yatırmış, kəskin yoxsulluğu aradan qaldırmaq və daha geniş firavanlığı artırmaq üçün özəl sektorun gücündən istifadə etmişik. Əlavə məlumat üçün www.ifc.org səhifəmizə müraciət edin.
Bizimlə əlaqə yaradın
www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts
www.ifc.org/SocialMediaIndex
www.instagram.com\ifc_org
Tbilisi:
Tamar Barbakadze
Telefon: +995 32 223 43 00/01/02
E-poçt: tbarbakadze@ifc.org
Sign up to have customizable news & updates sent to you.