IFC - International Finance CorporationIFC - International Finance Corporation -- » Reducing Poverty, Improving Lives...


Korporativ idarəetmə nə üçün lazımdır?


Korporativ idarəetmə şirkətlərin istiqamətləndirilməsi və nəzarəti işində struktur və prosesləri əhatə edən münasibətlər sistemidir. Bu struktur və proseslər rəhbərlik, müşahidə şurası, nəzarət paketi və azlıq təşkil edən səhm sahibləri, digər maraqlı tərəflər arasında münasibətləri tənzimləyir.

Korporativ idarəetmənin yaxşı təşkili rəqabət qabiliyyətini artırır, kapital bazarlarına korporativ çıxışı asanlaşdırır və, beləliklə, maliyyə bazarlarının inkişafına kömək edir və iqitisadi inkişafa təkan verir. Korporativ idarəetmənin təşkili metodlarının təkmilləşdirilməsi şirkətin idarəetmə strukturu daxilində qərarların qəbulu prosesini yaxşılaşdıra bilər, bu isə maliyyə və biznes əməliyyatlarının effektivliyini artırmalıdır. Yaxşı təşkil edilmiş korporativ idarəetmə həmçinin hesabat sisteminin təkmilləşdirilməsinə və nəticədə şirkətin məsul işçiləri tərəfindən aldatma və ya qanuna riayət etməmə halları ilə bağlı riskin azaldılmasına kömək edir. Effektiv idarəetmə sistemi tətbiq edilən qanun və müddəaların yerinə yetirilməsinin təmin edilməsinə kömək etməli və gələcəkdə şirkətlərə baha başa gələn qanunvericilikdən uzaq olmağa kömək edəcəkdir. Bu, həmçinin, şirkətlərin ölkə daxilində və beynəlxalq aləmdə daha yaxşı reputasiya qazanmalarına imkan verməlidir.

BMK korporativ idarəetməni investisiya prosesinin bütün mərhələlərinə inteqrasiya edən çoxsahəli maliyyə təşkilatları arasında liderdir. İnvestisiyaların təşkili, investisiya imkanlarının qiymətləndirilməsi və müşahidə şurası üzvlərinin təyini işində uzunmüddətli praktiki təcrübə BMK-ya korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsinə imkan verir.

Müştəri şirkətlərin korporativ idarəetmə təcrübəsi üzərində diqqətin cəmləndirilməsi BMK-ya müştəri şirkətləri üçün mənfəət qazandırmağa, investisiya risklərinin azaldılmasına, reputasiyalarına xələl gətirəcək risklərin aradan qaldırılmasına və əməliyyat aparıdığı ölkələrdə kapital bazarlarının inkişafına yardım imkanı verilir.

SITE TOOLS

LANGUAGE SITE
[English version]