IFC - International Finance CorporationIFC - International Finance Corporation -- » Reducing Poverty, Improving Lives...


Azərbaycan Korporativ İdarəetmə Layihəsi


Azərbaycan Korporativ İdarəetmə Layihəsi Azərbaycanda korporativ idareətmə təcrübələrinin təkmilləşdirilməsi məqsədini daşıyır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən Layihə yerli şirkət və banklara öz əməliyyat fəaliyyətlərini yaxşılaşdırmağa və investisiyaları cəlb etmək imkanlarını artırmağa kömək edir. Müşahidə Şurasının və İdarə Heyətinin funksiyaları, səhmdarların hüquqlarının qorunması, şəffaflıq və açıqlama kimi ümumi korporativ idarəetmə məsələlərinə dair göstərilən məsləhət xidmətinə əlavə olaraq, Layihə risklərin idarəedilməsi, daxili nəzarət və daxili audit, maliyyə hesabatlığı və digər əlaqədar məsələlərə dair məsləhətlər verir.

Azərbaycan Korporativ İdarəetmə Layihəsi bütün Azərbaycan şirkətlərinin öz korporativ idarəetmə məsələlərinə dair suallarını cavablandırmağa hazırdır. Əlavə məlumat üçün bizimlə 4977698 nömrəli telefon və ya lhuseynova@ifc.org elektron poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.


      Məsləhət lazımdır?

Layihə müxtəlif korporativ idarəetmə məsələlərinə dair məsləhətlər verir.

Siyahıya baxmaq üçün buraya keçin

Layihə həmçinin təmənnasız olaraq bir sıra model korporativ sənədlər təklif edir, ki müraciət əsasında əldə oluna bilər.

Ətraflı məlumat üçün buraya keçin

Layihə Azərbaycanın bütün şirkətlərindən korporativ idarəetmə məsələləri ilə bağlı suallara cavab verməyə hazırdır.
      Korporativ İdarəetmə Məcəlləsinin hazırlanması
Ətraflı məlumat üçün buraya keçin
    SITE TOOLS

    LANGUAGE SITE
    [English version]

    DONOR