Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi Layihəsi
b) icazələr və lisenziyalar c) yoxlamalar · Içtimaiyyətin məlumatlandırılması və hüquqi məsləhətlərin verilməsi vasitəsilə sahibkarların hüquqi biliklərini artırmaq Çətinliklər Azərbaycanın həyata keçirdiyi təsirli islahatlara baxmayaraq, ölkənin beynəlxalq səviyyədə rəqabətliyini və investisiyalar üçün cəlbediciliyini qorumaq üçün bir sıra əsas dəyişikliklər edilməlidir. Biznes üçün icazələrin verilməsi sahəsini təkmilləşdirmək və lisenziyalaşdırma sistemini daha da gücləndirməklə Azərbaycan yenidən ümumdünya səviyyəsində aparıcı islahatçı reytinqini qazana bilər. Bir çox inkişaf etmiş və inkişaf edən ölkələrdə geniş tətbiq edilən tənzimləyici mühitin təhlili alət olaraq islahatlar üçün istifadə edilə bilər və sürətli və ölçüləbilən dəyişikliklər, o cümlədən sahibkarlar və dövlət üçün xərclərin qənaəti ilə nəticələnə bilər. IFC-nin sorğuya əsaslanan qənaətinə görə Azərbaycan Hökuməti rəsmi icazələrin verilməsindən yığılan illik rüsumlardan 12.5 mln.AZN qazansada, bu sistemin işləməsi dövlət üçün 16.3 mln.manata baş gəlir (buraya dövlət üçün “itirilmiş imkan” kimi qiymətləndirilən qeyri-rəsmi ödənişlərin ümumi məbləği də daxildir). Şübhəsiz ki, mürəkkəb icazələr sistemini işlətmək dövlət üçün onu bir qədər yüngülləşdirməkdən daha baha başa gəlir. Bundan əlavə, sorğunun nəticələrinə əsasən, biznes sektoru birbaşa, dolayı və alternativ/gizli məsrəflər edərək bütün tələb olunan icazələri almaq üçün ildə təxminən 35 mln.manat xərcləyirlər. İcazələrin sayının azaldılması nəticəsində bu xərclərin hətda üçdə biri ləğv edilsə, özəl sektor ildə 11.6 mln.manat qənaət etmiş olar. Eyni zamanda, dövlət işçi qüvvəsində birbaşa olaraq təxminən 5 mln.qənaət edəcəkdir. Digər mümkün qənaətlərə müəssisələrin yoxlanması ilə bağlı xərclər daxildir ki, burada icazə sisteminin sadələşdirilməsi nəticəsində birbaşa xərclərin yalnız bir faiz azalması özəl sektor üçün mühüm pul qənaətlərinə gətirib çıxara bilər. Yanaşma Layihə Azərbaycanın təcrübələrini beynəlxalq qabaqcıl təcrübələrə və müasir Avropa modellərinə uyğunlaşdırmaq üçün icazə sisteminin, yoxlamaların və texniki şərtlərin islahatını aprarmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir. Layihə həmçinin icazələri verən və nəzarəti həyata keçirən orqanların daxili prosedurlarını təkmilləşdirmək üçün onlarla əməkdaşlıq edir. Dövlət islahatlarının təsirini yoxlamaq və biznes mühitinin təkmilləşdirilməsi barədə konkret məlumat vermək üçün layihə KOM-ların inkişafına əsas inzibati və tənzimləyici maneələri müəyyən etmək məqsədilə illik sorğu keçirir. Kiçik və orta sahibkarların öz hüquqları haqqında məlumatlarını artırmaq üçün, layihə onları tənzimləyici prosedurlar və bazar iştirakçıları olaraq hüquq və vəzifələri haqqında asan başa düşülən məlumatla təmin edir. Layihənin müxtəlif komponentləri haqqında ətraflı məlumat almaq üçün, aşağıdakı səhifələrə daxil olun: · Biznes qeydiyyatı üçün vahid pencərə sistemi · Biznes üçün icazələr sistemində islahatların strategiyası · Dövlət qurumlarında sahibkarlıq mühitini öyrənmə və analiz etmə imkanlarının yaradılması və inkişaf etdirilməsi | DONORS
|